Dünya

Bayden: “ABŞ Azərbaycanla Ermənistan arasında dayanıqlı və ədalətli sülhü dəstəkləmǝyǝ davam edəcək”

20 may / 09:01 1 dəq
Bayden
20 may / 09:01
Burada sizin reklamınız ola bilər

Azərbaycanla Birləşmiş Ştatlar arasındakı tərəfdaşlıq regionda inkişafı təmin edib.

“Qərb Xəbər” xəbər verir ki, bu fikirlər ABŞ Prezidneti Co Baydenin 28 May – Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə ünvanladığı məktubunda yer alıb.

“Biz birlikdə terrorizmlə mübarizə aparır, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı tədbirlər görür və kütləvi qırğın silahlarının yayılmasının qarşısını alırıq. Xüsusən, Rusiyanın Ukrayna xalqına qarşı qəddar müharibəsi dövründə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində biz bir yerdə olmuşuq. Birləşmiş Ştatlar Cənubi Qafqazda gələcək nəsillər üçün təhlükəsizlik və inkişafı təşviq edəcək, Azərbaycanla Ermənistan arasında dayanıqlı və ədalətli sülhü dəstəkləmǝyǝ davam edəcəkdir”, – deyə qeyd olunub.

Paylaş
Burada sizin reklamınız ola bilər