Dünya

Aİ ölkələri öz şirkətlərinin Rusiyanı tərk etməsinə yardım etməyə hazırlaşır

17 may / 14:22 1 dəq
64649eab6590664649eab65907168431581964649eab6590464649eab65905
17 may / 14:22
Burada sizin reklamınız ola bilər

Avropa İttifaqı (Aİ) ölkələri öz şirkətlərinin Rusiyanı tərk etməsinə yardım etməyə hazırlaşırlar.

“Qərb Xəbər” xəbər verir ki, bu barədə “Euobserver” məlumat yayıb.

 

Bildirilib ki, Aİ həmin şirkətlərin vergilərinin Rusiyanın Ukraynadakı müharibəsinin maliyyələşdirilməsində istifadə edilməsindən narahatdır.

Qeyd olunub ki, Rusiyaya qarşı 11-ci sanksiyalar paketində maliyyə əməliyyatları üçün xüsusi yeni icazələrin və Avropa şirkətlərinin Rusiyadan çıxmasına kömək etmək üçün hazırlanmış hüquqi xidmətlərin daxil edilməsi təklif edilir.

Əlavə olunub ki, müharibə başlayandan Aİ tərəfindən 1600-dən çox rusiyalı fiziki və hüquqi şəxsin aktivləri dondurulub və 11-ci paketdə növbəti 100 ad siyahıya əlavə ediləcək.

Paylaş
Burada sizin reklamınız ola bilər