Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Babayan: “Ya müharibə edəcəyik, ya da Qarabağdan çıxacağıq”

16 may / 11:31 3 dəq
David babayan (1)
16 may / 11:31
Burada sizin reklamınız ola bilər

Brüsseldə keçirilən görüşdən sonra Azərbaycan və Ermənistan tərəfi bir sıra razılıqlar əldə ediblər.

“Qərb Xəbər” “JAMAZ.İNFO”ya istinadən xəbər verir ki, bu barədə açıqlama verən Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bildirib.

O qeyd edib ki, həmin razılaşmalardan biri də Azərbaycan və Ermənistan arasında ərazilərin tanınması ilə bağlıdır. Belə ki, rəsmi Bakı Ermənistanın 29.8 min kv km suveren ərazisini qəbul etdiyini bəyan edib. Analoji olaraq Ermənistan da Azərbaycanın suveren ərazisinin 86.6 min kv km olduğunu qəbul etdiyini açıqlayıb.

Bildirək ki, Ermənistanın məlum miqyasda Azərbaycanın ərazi bütövlüyünü tanıması Qarabağın da Azərbaycana məxsus olmasını təsdiqləyir. Yəni, bu o deməkdir ki, İrəvan Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul edib. Bu açıqlamadan sonra isə Xankəndidəki erməni separatçıları haray-həşir salmağa başlayıblar. Hətta bəziləri bir qədər də irəli gedərək, müharibə edəcəklərini dilə gətiriblər.

Qarabağ separatçılarının nümayəndəsi, Arayikin “müşaviri” olan David Babayan iddia edib ki, guya, Alma-Ata bəyannaməsində çoxlu ziddiyyətlər var. O hətta bir qədər də yekə danışaraq,  Avropa Şurasının prezidenti Şarl Mişelin dünənki bəyanatının heç bir hüquqi və humanitar əsasının olmadığını söyləyib. “Bu bəyanat, təbii ki, bizim üçün qəbuledilməzdir”.

Babayan bu sözlərindən sonra öz təbiriycə hədə tonuna keçib. O deyib ki, hazırda iki yolları qalıb. “Bizim iki yolumuz var. Ya müharibə edəcəyik. Ya da Azərbaycanın tərkibində yaşamamaq üçün Qarabağı tərk edəcəyik”.

Separatçıların nümayəndəsi hazırda həlledici mərhələdə olduqlarını da dilə gətirib. “Başqa yolumuz qalmayıb. Ya torpaqlarımızda yaşayıb, qalib gəlmək üçün mübarizə aparacağıq. Ya da köçəcəyik. Siz yaxşı bilirsiniz ki, Azərbaycanın nəzarəti altında yaşamaq mümkün deyil. Millət özünü müəyyən etməlidir, nə istədiyini başa düşməlidir: yaşamaq, yoxsa yox olmaq”.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı