Gələn ilin dövlət büdcəsindən sosial müdafiə və sosial təminat sahələrinə ayırılan vəsaitin məbləği müəyyənləşdirilib.
“Qərb Xəbər”in məlumatına görə, bu, 2022-ci ilin dövlət büdcəsinin layihəsində əksini tapıb.
Belə ki, sosial müdafiə və sosial təminat sahələrinə 3 milyard 565 milyon 794 min 062 manat vəsait ayırılıb.
Sosial müdafiəyə 310 milyon 043 min 606 manat, sosial təminata 5 milyon 243 min 653 manat, sosial müdafiə və sosial təminat sahələri üzrə tətbiqi tədqiqatlara 50 min manat, sosial müdafiə və sosial təminat sahələri üzrə digər müəssisə və tədbirlərə 3 milyard 250 milyon 456 min 803 manat gedəcək.