Ağstafa

Ağstafada qohumlar arasında kütləvi dava olub

16 may / 11:14 1 dəq
Dava
16 may / 11:14
Burada sizin reklamınız ola bilər

Ağstafa rayonunun Poylu qəsəbəsində qohumlar arasında kütləvi dava-dalaş olub.

Dava zamanı 1971-ci il təvəllüdlü Elşən Bədirov qardaşı oğlu, 1990-cı il təvəllüdlü Camal Bədirovun baş nahiyəsinə kəsici-deşici alətlə xəsarətlər yetirib. Camalın qardaşı Məhəmməd isə Elşənin oğlu, 1998-ci il təvəllüdlü Elbrusa kəsici-deşici alətlə daxilə nüfuz edən xəsarətlər yetirib.

Yaralılar xəstəxanaya yerləşdirilib.

E.Bədirov və Məhəmməd Bədirov saxlanılıb. Faktla bağlı Ağstafa RPŞ-də araşdırma aparılır.

Paylaş
Burada sizin reklamınız ola bilər