Dünya

Aİ səfirləri Rusiyaya qarşı 11-ci sanksiyalar paketi ilə bağlı razılığa gələ bilməyib

13 may / 09:15 1 dəq
27f905b7 5887 359f 850b cb985dbeffa7
13 may / 09:15
Burada sizin reklamınız ola bilər

Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri mayın 12-də Brüsseldə keçirilən görüşdə Rusiyaya qarşı 11-ci sanksiyalar paketi ilə bağlı razılığa gələ bilməyiblər.

“Qərb Xəbər” xəbər verir ki, bu barədə “Рolskie Radio” məlumat yayıb.

Gələn həftə daha bir görüşün keçiriləcəyi bildirilib. Polşanın Aİ-dəki səfiri Ancey Sadosun sözlərinə görə, sanksiyalar paketi növbəti görüşdə razılaşdırıla bilər.

Səfir qeyd edib ki, bir çox məsələlər çox mürəkkəbdir və buna görə də diqqətli ekspert təhlili tələb olunur.

Paylaş
Burada sizin reklamınız ola bilər