Hadisə

Şəmkirdə bəyin qardaşı toy karvanında qəza törədib, yaralananlar var

28 aprel / 09:23 1 dəq
832a8db4 59df 3717 b2f9 571a88cb1fa3 850 (1)
28 aprel / 09:23
Burada sizin reklamınız ola bilər

Şəmkir rayonunda toy karvanında hərəkətdə olan avtomobil maneə çırpılıb, xəsarət alanlar var.

“Qərb Xəbər”in məlumatına görə, hadisə Şəmkir şəhər ərazisində qeydə alınıb.

Toy mərasiminin keçirildiyi şadlıq evindən çıxıb hərəkət edən avtomobil karvanında “VAZ-21021” markalı avtomobil idarəetmədən çıxaraq maneə çırpılıb.

Qəza nəticəsində avtomobilin sürücüsü olan bəyin qardaşı 1999-cu il təvəllüdlü S.Yusifov və avtomobildə sərnişin qismində olan daha bir şəxs yaralanıb.

Sürücünün xəsarəti daha ciddi olduğundan Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş
Burada sizin reklamınız ola bilər