Bölgə xəbərləri

Gəncədə xəstəxanada yanğın zamanı 1 nəfər ölüb

26 aprel / 12:04 1 dəq
Indir 2023 04 26T120345.853
26 aprel / 12:04
Burada sizin reklamınız ola bilər

Aprelin 26-da Gəncə şəhərində yerləşən 1 saylı Abbas Səhhət adına xəstəxanada yanğın baş verməsi barədə məlumat daxil olub.

Gəncə şəhər prokurorluğundan “Qərb Xəbər”ə verilən məlumata görə, ilkin araşdırma zamanı xəstəxananın zirzəmisindəki elektrik şitində baş vermiş qısaqapanma nəticəsində tüstülənmə olması müəyyən edilib.

Hadisə nəticəsində xəstəxanada müalicə alan 1963-cü il təvəllüdlü Nazilə Məmmədova ölüb.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır

Paylaş
Burada sizin reklamınız ola bilər