Dünya

Ukraynanın Rusiyaya qarşı əks-hücum əməliyyatına nə vaxt başlayacağı məlum olub

17 aprel / 14:16 1 dəq
643d1b77109e6643d1b77109e71681726327643d1b77109e4643d1b77109e5
17 aprel / 14:16
Burada sizin reklamınız ola bilər

Ukrayna Rusiyaya qarşı əks-hücum əməliyyatına aprelin 30-da başlamağı planlaşdırıb.

“Qərb Xəbər” xəbər verir ki, bu barədə ABŞ-ın “Newsweek” nəşri məlumat yayıb.

Bildirilib ki, nəşr Pentaqondan sızdırılan 40-dan çox kəşfiyyat sənədini əldə edib və “son dərəcə gizli” qrifli sənədlər Ukraynadakı müharibənin gedişatnı anlamağa əhəmiyyətli şəkildə yardım edir.

Qeyd edilib ki, məxfi sənədlərdə Rusiya ordusunun Baxmutda iyuldan bəri çox az – aya 2,7 kilometr irəliləyə bildiyi göstərir. Əlavə edilib ki, Baxmut ətrafında 22 min Vaqner muzdlusu döyüşür və onların sayı Rusiya tərəfindən cəlb edilmiş döyüşçülərin 70 faizini təşkil edir.

Nəşrin məlumatında Kiyevin 30 aprelə planlaşdırılan əks hücumu öncəsi Ukraynaya tədarük və dəstək göndərildiyi qeyd edilib.

Paylaş
Burada sizin reklamınız ola bilər