Bölgə xəbərləri

Tovuzda qəbiristanlıqlardan oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

15 aprel / 10:46 1 dəq
643a45a9b7bbd643a45a9b7bbe1681540521643a45a9b7bb8643a45a9b7bba
15 aprel / 10:46
Burada sizin reklamınız ola bilər

Tovuzda qəbiristanlıqlardan oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən xəbərə görə, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki qəbiristanlıqlardan silsilə oğurluq etməkdə şübhəli bilinən rayon sakini Mehman Hüseynov saxlanılıb.

Araşdırmalar zamanı həmin qəbiristanlıqlardakı mərmər sexlərinin birində işləyən M. Hüseynov cari ilin müxtəlif vaxtlarında 15-ə yaxın qəbir daşının yanındakı mərmər güldanları oğurlayaraq digər mərmər sexlərinə satıb. Şübhəli şəxsin anoloji cinayətlər törətməsi istisna olmadığında faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Paylaş
Burada sizin reklamınız ola bilər