Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Hadisə

Separatçıların həbsi ilə bağlı yeni təfərrüat

31 oktyabr / 17:01 2 dəq
Dtx araik
31 oktyabr / 17:01
Burada sizin reklamınız ola bilər

Ermənistan mediası Qarabağda məhv edilən erməni separatçıların qandallanaraq Bakıya gətirilməsi ilə bağlı yeni iddialar irəli sürüb.

“Qərb Xəbər” Publika.az-a istinadən xəbər verir ki, keçmiş separatçı “rəhbərlər” Araik Arutyunyan, Bako Saakyan və Arkadi Qukasyanın helikopterlə Ermənistana aparılması üçün Bakı ilə danışıqlar aparılıb.

“Hraparak” nəşri yazır ki, Azərbaycan buna qəti şəkildə razı olmayıb: “Laçın sərhəd-keçid məntəqəsindən keçmək istəyən (qondarma) “milli təhlükəsizlik naziri” Ararat Melkumyan və “daxili işlər naziri” Karen Sərkisyan saxlanılıb. Bildiriblər ki, keçmiş “liderlər” təslim olacaqları təqdirdə onlar buraxılacaq. Bundan xəbər tutan keçmiş “liderlər” gizləndikləri yerdən çıxıb, bundan sonra digərlərinin keçidinə icazə verilib”.

Separatçıların silahlı dəstələrinin “komandiri” olmuş Levon Mnatsakanyan isə Laçın postundan keçmək istəyərkən saxlanılıb.

Nəşr iddia edir ki, Azərbaycan sərhədçiləri Mnatsakanyanı saxladıqda ondan “Qarabağ Azərbaycandır” deməsini istəyiblər. Erməni mediası onun bunu deməkdən imtina etdiyini iddia edir, lakin bəzi mənbələr Mnatsakanyanın “Qarabağ Azərbaycandır” dediyini bildirirlər.

Separatçı “liderlərin” qandallanaraq Bakıya gətirilməsinin ermənilər üzərində ciddi ruh düşkünlüyü yaradıb. Çünki onlar “qəhrəman” elan edilmişdi və həmişə düşünürdülər ki, işğal davam edəcək. Azərbaycan torpaqlarını işğaldan azad edəndən sonra erməni separatizmini tarixin zibilliyinə göndərdi və separatçıları qandallayaraq, “erməni xülyalarını” məhv etdi.

İ.Babayeva

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı