Bayden: “ABŞ məxfi məlumatların yayılmasını məhdudlaşdıracaq”
“ABŞ hökuməti Pentaqonun sənədlərinin hazırkı sızması fonunda dövlət qulluqçularının məxfi məlumatlara çıxışını məhdudlaşdıracaq”.
“Qərb Xəbər” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Bayden bildirib.
Onun sözlərinə görə, ABŞ-ın hərbi və kəşfiyyat ictimaiyyətinə həssas məlumatların təhlükəsizliyini gücləndirmək və onların yayılmasını məhdudlaşdırmaq üçün addımlar atmaq tapşırılıb.
“Bizim milli təhlükəsizlik komandamız tərəfdaşlar və müttəfiqlərlə sıx əlaqədədir”.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı