Dünya

UEFA Konfrans Liqası: Finalçılara aydınlıq gələcək

8 may / 09:44 1 dəq
UEFA
8 may / 09:44
Burada sizin reklamınız ola bilər

Bu gün UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək.

Qerbxeber.com xəbər verir ki, “Betis” səfərdə “Fiorentina”nın qonağı olacaq.

“Çelsi” isə səfərdə 4:1 hesabı ilə məğlub etdiyi “Yurqorden”lə evdə üz-üzə gələcək.

UEFA Konfrans Liqası

Yarımfinal mərhələsi, cavab görüşləri

8 may

23:00. “Fiorentina” (İtaliya) – “Betis” (İspaniya)

İlk oyun – 1:2.

23:00. “Çelsi” (İngiltərə) – “Yurqorden” (İsveç)

İlk oyun – 4:1.

Qeyd edək ki, UEFA Konfrans Liqasının final matçı mayın 28-də Polşanın Vrotslav şəhərində keçiriləcək. Turnirin son qalibi Yunanıstanın “Olimpiakos” klubu olub.

Paylaş
Burada sizin reklamınız ola bilər