Dünya

UEFA Avropa Liqası: Finalçılar məlum olacaq

8 may / 09:41 1 dəq
Official uefa europa league logo 2F7FRTR
8 may / 09:41
Burada sizin reklamınız ola bilər

Bu gün UEFA Avropa Liqasında finalçılar müəyyənləşəcək.

Qerbxeber.com xəbər verir ki, bu gün yarışın yarımfinal mərhələsinin cavab görüşlərinə start veriləcək.

“Budyo Qlimt” evdə “Tottenhem”lə üz-üzə gələcək. “Atletik” isə ilk oyunda evdə 0:3 hesabı ilə uduzduğu “Mançester Yunayted”in qonağı olacaq.

UEFA Avropa Liqası

Yarımfinal mərhələsi, cavab görüşləri

8 may

23:00. “Budyo Qlimt” (Norveç) – “Tottenhem” (İngiltərə)

İlk oyun – 1:3.

23:00. “Mançester Yunayted” (İngiltərə) – “Atletik” (İspaniya)

İlk oyun – 3:0.

Qeyd edək ki, UEFA Avropa Liqasının final matçı mayın 21-də İspaniyanın Bilbao şəhərindəki “San Mames” stadionunda baş tutacaq. Turnirin son qalibi İtaliyanın “Atalanta” komandası olub.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı