Şəmkir rayonu Dəllər-Daşbulaq kəndində su problemi yaranıb.
Məsələ ilə bağlı “Qərb Xəbər”ə Dəllər-Daşbulaq icmasının fəalı Nəsimi Əmiraslanov redaksiyamızla əlaqə saxlayaraq kəndin su problemindən danışıb. Belə ki, kanallardan fermerlərə su verilişi xeyli vaxtdır kəsilib. Ölkə prezidentinin sərancamları ilə kəndlərdə suvarmanı yaxşılaşdırmaq üçün sub-arteziyan quyuları qazılsada, çox təəssüf ki, bir müddətdən sonra bu artezianlar işləmir.
N.Əmiraslanov sub-artezian quyularının təmirinin illərdir davam etdiyini lakin, düzəldilmədiyini vurğulayıb. Həmçinin aidiyyəti qrumlara məsələ ilə bağlı məlumat verilsədə məsələyə baxılmayıb.
İnanırıq ki, əlaqədar qurumlar, bu tip baxımsız qalan sub-artizyanların təmirinə diqqət ayrılacaq.
Ülviyyə Həsənli
Qərb Xəbər