Bölgə xəbərləri

Lavrovla Mirzoyan görüşüb

14 aprel / 14:49 1 dəq
0ff60000 0aff 0242 e633 08da4a183cf8 w1200 r1
14 aprel / 14:49
Burada sizin reklamınız ola bilər

Özbəkistanın Səmərqənd şəhərində Ermənistan və Rusiya xarici işlər nazirləri Ararat Mirzoyan və Sergey Lavrovun görüşü baş tutub.

Bu barədə Rusiya XİN mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, ikitərəfli görüş MDB Xarici İşlər Nazirləri Şurasının iclası zamanı ayrıca təşkil olunub.

Nazirlər arasında aparılan danışıqların təfərrüatları hələlik açıqlanmayıb.

Xatırladaq ki, bu gün Səmərqənddə MDB Xarici İşlər Nazirlərinin əvvəlcə məhdud, sonra isə geniş tərkibdə iclası keçirilib. İclasın gündəliyinə MDB məkanında qarşılıqlı fəaliyyətin müxtəlif istiqamətləri üzrə 10-a yaxın məsələ daxil edilib.

Görüş iştirakçıları aktual beynəlxalq və regional problemlər ətrafında fikir mübadiləsi aparıblar.

Paylaş
Burada sizin reklamınız ola bilər