Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Paşinyan: “Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb”

13 aprel / 08:47 2 dəq
118698255 pashinyan21
13 aprel / 08:47
Burada sizin reklamınız ola bilər

“Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb”.

“Qərb Xəbər” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan Milli Assambleyasında hökumət saatı zamanı deyib.

Onun sözlərinə görə, iki mərhələ mövcuddur: Madrid prinsiplərinin qəbuluna qədər və ondan sonra: “2007-ci ildə Madrid prinsipləri ortaya çıxdı. Müəyyən edildi ki, Qarabağın statusu hansısa mexanizmlə dəqiqləşdirilməlidir və bu statusun dəqiqləşdirilməsi mexanizminin məzmunu Azərbaycanla razılaşdırılmalıdır. Madrid prinsiplərindən sonra Ermənistan tərəfinin “möhtəşəm” diplomatiyası nəticəsində Azərbaycan Qarabağın öz müqəddəratını təyin etməsində başlanğıc nöqtəyə çevrilib”.

N.Paşinyan qeyd edib ki, Madrid prinsiplərinə görə, Ermənistan Respublikası Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb. “Bu faktın üstündən keçə, ondan yayına bilərik, amma bu gün məhz onun “bəhrəsi”ni görürük”, – o fikrini izah edib.

Ermənistan baş naziri 2018-ci ilin may ayından bu yana bu barədə açıqlama verməmələrini hökumətinin səhvi olduğunu vurğulayıb. “Hansısa yolla bu tələdən çıxa biləcəyimizi və ya heç olmasa bu tələdən çıxmağa töhfə verəcəyimizi düşündük. Ancaq tələ beynəlxalq səviyyədə razılaşdırıldığı üçün biz bunu edə bilmədik”, – N.Paşinyan fikrini yekunlaşdırıb.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı