Bölgə xəbərləri

Tank bölmələrinin döyüş hazırlığı artırılır

12 aprel / 12:52 1 dəq
Bd0aa14d1df969bb300a9c15f6a6cc9d
12 aprel / 12:52
Burada sizin reklamınız ola bilər

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına əsasən, ümumqoşun poliqonunda Azərbaycan Ordusunun tank bölmələri ilə döyüş hazırlığı məşğələləri keçirilib.

“Qərb Xəbər” bildirir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Əlavə edilib ki, tank heyətləri ərazidə təbii və süni maneələri dəf edərək döyüş maşınlarının idarə olunması, eləcə də şərti düşmən hədəflərinin yerindən və hərəkətdə məhv edilməsi üzrə qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.
Döyüş hazırlığının yüksək səviyyədə saxlanması və heyət üzvlərinin fərdi bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə keçirilən məşğələlərdə hərbi qulluqçular yüksək peşəkarlıq nümayiş etdiriblər.

Paylaş
Burada sizin reklamınız ola bilər