Şəmkir

Fuad Bədəlov “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalı ilə təltif edilib

19 iyul / 11:41 2 dəq
67357409 2171894049585789 614285545731784704 n
19 iyul / 11:41
Burada sizin reklamınız ola bilər

Bədəlov Fuad Sərvəz oğlu Azərbaycan Prezidenti Cənab İlham Əliyevin 27 may 2019-cu il tarixli Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilib.

Dünən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov yubiley medalını rayonun fəal gənclərinin də iştirak etdiyi tədbirdə Fuad Bədəlova təqdim edib.

Fuad Bədəlov medalın ona təqdim olunmasını Qarabağ müharibəsi veteranlarına verilən qiymət, göstərilən böyük etimad kimi dəyərləndirib: “Azərbaycan Xalq Cümhuriyyətinin adını daşıyan medala layiq görülməyim təkcə mənə yox, eyni zamanda, Qarabağ qazilərinə yüksək dəyər və qiymətin bariz nümunəsidir. “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” medalına layiq görülmək böyük şərəfdir. Buna görə cənab Prezident İlham Əliyevə öz adımdan və bütün Qarabağ müharibəsi iştirakçıları adından səmimi minnətdarlığımı bildirirəm”.

Qeyd edək ki, Fuad Bədəlov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib, 2-ci qrup Qarabağ müharibəsi əlilidir.

Şəmkir Rayon İcra Hakimiyyəti başçısı yanında İctimai şuranın sədridir.

Paylaş
Burada sizin reklamınız ola bilər