Xəbər

Həkim-psixiatr: Autizmin əlamətləri iki yaşından etibarən özünü göstərməyə başlayır

2 aprel / 11:05 2 dəq
64292079474ff6429207947500168041688964292079474fd64292079474fe
2 aprel / 11:05
Burada sizin reklamınız ola bilər

Autizm – erkən yaş dövründə başlayan, sosial münasibətlər və ünsiyyət sferasında problemlərin olması ilə özünü göstərən ümumi inkişaf problemidir.

“Qərb Xəbər” xəbər verir ki, bunu TƏBİB-in tabeliyindəki Bakı Baş Səhiyyə Mərkəzinin nəzdində olan 4 nömrəli Uşaq Poliklinikasının həkim-psixiatrı Yaqut Seyfullayeva deyib.

 

Həkimin sözlərinə görə, autizmin əlamətləri əsasən, iki yaşından etibarən özünü göstərməyə başlayır:

“Autizm xəstəliyinin əsas əlamətləri göz kontaktının olmaması, nitq ləngiməsi, exolaliya (sözləri təkrarlamaq) davranış pozuntusu olur. Sözügedən xəstəliyin simptomları bəzən çox erkən yaşlarda da (məsələn, 8-9 ay) müşahidə oluna bilər. Lakin əksər hallarda xəstəliyin simptomlarına 10-30 ay aralıqlı uşaqlarda rast gəlinir.

Autizm xəstəliyində psixo-pedaqoji müalicə növü tətbiq olunur. Burada psixoloq, loqoped və defektoloqun müayinələri, fikirləri əsas götürülür”.

Yaqut Seyfullayeva bildirib ki, valideynlər autizm xəstəliyi olan uşaqlarla daim məşğul olmalıdırlar:

“Autizm sindromlu uşaqlar günün 6-8 saatını reabilitasiyalarla (loqoped, psixoloq, rəqs, idman və s.) məşğul olmalıdırlar. Onlara diqqət edilməsi vacibdir. Eləcə də müayinələri də davam etdirilməlidir”.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı