Dünya

Fransada fermerlər supermarketlərin anbarını yandırıblar

30 yanvar / 09:01 1 dəq
65b816271912f65b8162719130170656311165b816271912d65b816271912e
30 yanvar / 09:01
Burada sizin reklamınız ola bilər

Fransanın cənubundakı Nim şəhəri yaxınlığında fermerlərin keçiridiyi etiraz aksiyaları zamanı “Lidl” supermarketinin anbarı yandırılıb.

“Qərb Xəbər” məlumat verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Bildirilir ki, yanğın Nimdən traktorlarla gələn onlarla naməlum şəxs tərəfindən törədilib.

Sen-Sezer kommunasında yerləşən “Auchan” mağazasının anbarına 40-a yaxın traktor gəlib. Onlar anbarın girişinə tökülən təkərləri, ot və peyinləri yandırıblar.

Paylaş
Burada sizin reklamınız ola bilər