Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Sosial

Müəllimlərin işə qəbulu üzrə imtahanlarda qeydə alınıb

16 iyul / 16:21 2 dəq
Ce046b63 5e15 45ab a2bd def6785cf6fc
16 iyul / 16:21
Burada sizin reklamınız ola bilər

“Əvvəlki illərlə müqayisədə bu il müəllimlərin işə qəbulu üçün keçirilən test imtahanı mərhələsində namizədlərin nəticələrinin ləğv edilməsi hallarının sayı azalıb”.

Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzinin müdir əvəzi Murad Camalzadə deyib.

O bildirib ki, iyulun 8-dən bu günə kimi nəticələri ləğv edilən namizədlərin sayı 5-dən artıq deyil: “İndiyə qədər 15 mindən artıq namizəd imtahan verib. Cəmi 5 nəfərin nəticələri ləğv edilib. Bu da çox yaxşı nəticədir”.

Nazirlik rəsmisi qeyd edib ki, hər hansı namizəd imtahan qaydalarını pozarsa ona bir neçə dəfə xəbərdarlıq edilir: “Əgər bu xəbərdarlıqlar nəticə vermirsə, o zaman namizədin yeri başqa masaya dəyişdirilir ki, yanındakına narahatlıq törətməsin və köçürülmə halları olmasın. Adətən ən çox tətbiq edilən intizam tənbehi üsuludur. Ən son həll yolu namizədin imtahandan kənarlaşdırılmasıdır. Bu halların sayı da azdır”.

M.Camalzadənin sözlərinə görə, namizəd qulaqcıq vasitəsilə zala daxil olub və bu aşkar edilərək həmin fakt aktlaşdırılıb: “Bundan sonra namizəd imtahan prosesindən kənarlaşdırılaraq nəticəsi ləğv edilib. Beş faktdan biri bu idi. Yaxud qadağan olunan ədəbiyyat və texniki vasitələrdən gizli yollarla istifadəyə cəhd halları da qeydə alınıb. Təəssüf ki, elə hallara da rast gəlinir ki, imtahana gələn şəxs özünü başqa namizəd kimi təqdim edərək onun şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçmək istəyib. Onların heç biri imtahana buraxılmayıb. Müvafiq sənədləşmə işləri aparılıb və onlar geri qaytarılıb”.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı