Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
İqtisadiyyat

Azərbaycan bazarlarında xaricdən gətirilən qarpız satılır? – RƏSMİ CAVAB

16 iyul / 14:11 2 dəq
54552
16 iyul / 14:11
Burada sizin reklamınız ola bilər

Azərbaycana xarici ölkələrdən qarpız idxal edilməsi və bazarlarda satılması ilə bağlı iddiaların əsası yoxdur.

Bunu açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyib.

Onun sözlərinə görə, ayrı-ayrı sahibkarlar bu ilin ilk beş ayı ərzində ölkəyə ümumilikdə 246 ton qovun və papaya idxal ediblər: “Qarpız idxalı qeyri-mövsümi dövrdə, qış aylarında, havaların soyuq olduğu aylarda həyata keçirilib. İyun və iyul aylarında ölkəyə xaricdən qarpız idxal edilməyib”.

V.Hüseynov bildirib ki, paytaxt və bölgələrdə qarpızın qiyməti ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə ucuzdur:

“Hazırda qarpızın sahələrdən alış qiyməti 21-25 qəpik, paytaxt və böyük şəhərlərdə pərakəndə satış qiyməti 35-45 qəpikdir. Ötən il iyul ayında qarpızın pərakəndə satış qiyməti 70-90 qəpik təşkil edirdi. Hazırda bazarlara çıxarılan qarpız istixana şəraitində yetişdirilmiş yerli məhsuldur. Açıq sahələrdən qarpızın kütləvi yığımına yaxın günlərdə başlanacaq. Buna bir müddətdir bölgələrdə davam edən yağıntılı hava şəraiti mane olur. Bazara təklifin artması ilə qiymətlərdə ucuzlaşma olacağı gözlənilir”.

Nazirlik rəsmisi əlavə edib ki, 2018-ci illə müqayisədə bu il daha 300 hektar artıq sahədə qarpız əkilib, ümumilikdə qarpız sahələrinin həcmi 15 100 hektar təşkil edir: “Qarpız sahələrində orta məhsuldarlıq ötən ilə görə (158 s/ha) 2 sentner yüksəkdir və hazırda 160 s/ha təşkil edir. Bugünədək sahələrin cəmi 14,1 faizində məhsul yığılıb”.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı