Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Çin və Aİ Rusiyanın Belarusda nüvə silahı yerləşdirməsinin əleyhinədir

28 mart / 10:46 2 dəq
D626f4f88b47d5f40332f10d7f05113d
28 mart / 10:46
Burada sizin reklamınız ola bilər

Çin Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirməsinə qarşıdır.

Bunu Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin martın 27-də keçirdiyi mətbuat konfransında bildirib.

O deyib ki, 2022-ci ilin yanvarında nüvə silahına malik 5 dövlətin liderləri nüvə müharibəsindən yayınmaqla bağlı birgə sənəd imzalayıb.

“Orada qeyd olunub ki, nüvə müharibəsinin qalibi olmayacaq”, – XİN rəsmisi vurğulayıb.

Mao Ninin sözlərinə görə, hazırkı şəraitdə bütün tərəflər diplomatik səylərini Ukrayna böhranının sülh yolu ilə həllinə yönəltməli və vəziyyətin aradan qaldırılmasına birgə töhfə verməlidir.

Avropa İttifaqının xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Peter Stano martın 27-də keçirdiyi brifinqdə bildirib ki, Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirməsi Avropanın təhlükəsizliyini birbaşa təhdid edər və gərginliyi artırar: “Biz Belarusun bunun gündəlikdə olduğunu və ya olacağını təsdiqlədiyini görməmişik. Amma bu baş verərsə, əlbəttə, ağır nəticələri də olacaq”.

P.Stano Rusiya Prezidenti Vladimir Putinin məsələ ilə bağlı bəyanatına belaruslu həmkarı Aleksandr Lukaşenkonun reaksiyasını gözləməyə çağırıb.

Xatırladaq ki, V.Putin “Rossiya-24” telekanalına müsahibəsində Rusiyanın Belarusda taktiki nüvə silahları yerləşdirəcəyini açıqlayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı