Bu gündən Həcc ziyarətinə sənəd qəbulu başlayır
Bu gündən Həcc ziyarətinə getmək üçün sənəd qəbuluna başlanılır.
Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən “Qərb Xəbər”ə verilən xəbərə görə, Həcc ziyarətinə getmək üçün Xarici pasport; Şəxsiyyət vəsiqəsinin surəti; 3.5 × 4.5 sm ölçüdə 4 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil; Sağlamlıq haqqında arayış tələb olunur.
Sənəd qəbulu Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılır.
“Sənəd qəbulu istirahət və bayram günləri xaric hər gün saat 10:00-dan 17:00-a kimi qəbul ediləcək. Həcc ziyarəti iyunun sonu, iyulun əvvəlinə nəzərdə tutulub. Ziyarətə getmək üçün yaş məhdudiyyəti yoxdur. Vaksinlər barədə hələ ki, tam təlimatlar olmasa da, hər zəvvardan 2 vaksinin vurulması tələb olunacaq”.




