Bölgə xəbərləri

Gəncədə avtoxuliqanlıq edən şəxslər saxlanılıb

4 mart / 12:18 2 dəq
6402f71e746026402f71e7460316779159346402f71e746006402f71e74601
4 mart / 12:18
Burada sizin reklamınız ola bilər

Gəncə şəhərində avtoxuliqanlıq edən şəxslər saxlanılıb

Bu barədə “Qərb Xəbər”ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqa

Araşdırmalar zamanı VAZ və LADA markalı avtomobillərin yollarda intizamsızlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozması, avtoxuliqanlıq etməsi və bununla da ictimai-asayişi nümayişkəranə şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olması məlum olub. Hər iki sürücü saxlanılaraq barələrində protokol tərtib olunub. “VAZ-2106” markalı avtomobilin sürücüsü məhkəmənin qərarı ilə 20 sutka müddətinə inzibati qaydada həbs olunub.

Bundan başqa, bir qrup gəncin özlərinə məxsus müxtəlif markalı avtomobillərlə qanunla qadağan edilməsinə baxmayaraq, konstruksiya dəyişikliyi edərək təhlükəli manevrlər etməsi də məlum olub. Həmin sürücülər də saxlanılaraq profilaktiki söhbət aparılıb və barələrində qanunamüvafiq tədbir görülüb. Qanunsuz dəyişikliklər aradan qaldırıldıqdan sonra nəqliyyat vasitələri istismara buraxılıb.

Paylaş
Burada sizin reklamınız ola bilər