Bölgə xəbərləri

Almaniya kansleri Rusiya ilə bağlı Çinə xəbərdarlıq edib

2 mart / 14:06 1 dəq
871b7c07 6b44 30ea 97ce 2b645b8641b2
2 mart / 14:06
Burada sizin reklamınız ola bilər

Almaniya kansleri Olaf Şolts Ukraynadakı müharibədə Rusiyaya silah dəstəyi verməməsi üçün Çinə xəbərdarlıq edib.

O, Çinin Rusiyaya silah göndərməsinin yolverilməz olduğunu deyib.

“Pekin, həmçinin qoşunlarını Ukrayna ərazisindən çıxarmaqla bağlı Moskvaya təzyiq göstərməlidir”, – hökumət başçısı vurğulayıb.

O.Şolts daha əvəl Çinin Ukrayna ilə bağlı sülh planını tənqid etmişdi.

Qeyd edək ki, müxtəlif ölkələrin kəşfiyyat məlumatlarına əsasən Çin Rusiyaya silah verməyə hazırlaşır.

Report.az

Paylaş
Burada sizin reklamınız ola bilər