Bölgə xəbərləri

Tovuzda 61 yaşlı qadın cəsədi tapılıb

21 fevral / 15:33 1 dəq
63f4a7f9997d963f4a7f9997da1676978169b4fe3343aa7b23a248ae2e8a6ecac541
21 fevral / 15:33
Burada sizin reklamınız ola bilər

Tovuzda meyit aşkarlanıb.

“Qərb Xəbər” bildirir ki, APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Hacallı kəndində qeydə alınıb. Kənd ərazisində qadın meyitinin tapıldığı bildirilib.

 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımovun APA-ya verdiyi məlumata görə, Tovuz Rayon Polis Şöbəsinə rayonun Hacallı kəndi ərazisində naməlum qadın meyitin tapılması barədə məlumat daxil olub. Dərhal Rayon Polis Şöbəsi və Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar zamanı məlum olub ki, meyiti tapılan şəxs Hacallı kənd sakini, 1962-ci il təvəllüdlü Valiya Hüseynovadır.

Faktla bağlı araşdırmalar aparılır. Meyit üzərində gözlə görünən zorakılıq əlamətləri aşkarlanmayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər