Hadisə

Britaniya kəşfiyyatı: “Ukraynada 7 199 mülki şəxs həlak olub

21 fevral / 11:31 1 dəq
ADDITION APTOPIX Ukraine Invasion ADDS THAT THE PERSONNEL CARRIER IS RUSSIAN - A Russian armored personnel carrier burns amid damaged and abandoned light utility vehicles after fighting in Kharkiv, Ukraine, Sunday, Feb. 27, 2022. The city authorities said that Ukrainian forces engaged in fighting with Russian troops that entered the country's second-largest city on Sunday. (AP Photo/Marienko Andrew)
21 fevral / 11:31
Burada sizin reklamınız ola bilər

“Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığından verilən məlumata görə, müharibə başlayandan bəri Ukraynada 7 199 mülki şəxs həlak olub. 11 756 nəfər isə yaralanıb. Mülki itkilərin 697-si 2023-cü ilin yanvarında baş verib”.

“Qərb Xəbər” in xəbərinə görə, bunu Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən açıqlayıb.

Qeyd olunub ki, digər müstəqil təhlillərə əsasən Ukraynada 16 mindən çox mülki insan həlak olub: “Bu ilin yanvar ayı ərzində Ukraynanın tibb və təhsil müəssisələrinə əvvəlki aylara nisbətən daha çox ziyan dəyib. İtkilər və insidentlər göstərir ki, Rusiya artilleriya və ağır silahlardan hərbi və mülki şəxs və obyektlər arasında heç bir fərq qoymadan istifadə edir”.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında savaş ötən il fevralın 24-də başlayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər