Bölgə xəbərləri

Türkiyədəki zəlzələdən sonra sunami xəbərdarlığı edilib

20 fevral / 22:17 1 dəq
3853a11d 9a88 390d b24f 6f272f3d7331
20 fevral / 22:17
Burada sizin reklamınız ola bilər

Türkiyənin Hatay vilayətində baş verən 6,4 bal maqnitudalı zəlzələdən sonra sunami xəbərdarlığı edilib.

“Qərb Xəbər” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi məlumat yayıb.

Qeyd edək ki, fevralın 20-də yerli vaxtla saat 20:04-də Türkiyənin Hatay vilayətində 6,4 bal, saat 20:07-də isə bu vilayətin Samandağ rayonunda 5,8 bal maqnitudalı zəlzələ baş verib.

Episentri Hatay vilayətinin Defne rayonunda olan yeraltı təkanlar ətraf vilayətlərdə də hiss edilib.

Xatırladaq ki, son məlumatlara görə, Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 41 156 nəfərə çatıb, yaralı sayı 108 000 nəfər təşkil edir.

Paylaş
Burada sizin reklamınız ola bilər