Qiorqi Qaxaria: “Mən də İvanişvili hakimiyyətinin güclənməsinə töhfə vermişəm”
Mən də İvanişvilinin hakimiyyətinin güclənməsinə və “Gürcü arzusuna” töhfə vermişəm.
“Qərb Xəbər” “InterPress.ge”yə istinadən xəbər verir ki, bu barədə “Gürcüstan Naminə” partiyasının lideri Qiorqi Qaxaria bildirib.
Onun sözlərinə görə, bu, onun səhvidir və gürcü xalqına olan borcudur. Lakin Qaxariyanın qeyd etdiyinə görə, bu gün özünü doğrultmaq deyil, hərəkət etmək vaxtıdır.
Qaxariyanın dediyinq görə, son 2 ildə ölkədə pisə doğru bir çox dəyişikliklər baş verib.
“Fevralın 18-də istefa verməyimin 2 ili tamam olacaq. Mən istefa verdim, çünki bu, bizi ümidsizlik/dalan sona doğru apardı. Onda mən “Arzu”nu demokratik dəyərlərdən və Qərbdən ayrılacağımıza inandıra bilmədim; Bu gün məlum oldu ki, onların məqsədi bu idi. Bu 2 il ərzində ölkədə çoxlu dəyişikliklər baş verdi. Təəssüf ki, daha pis tərəfə. Bu gün 2 il sonra başqa Gürcüstanda yaşayırıq. Ümidsizlik üzündən bir çox insan ölkəni tərk edir. Artıq hakim partiyadan müstəqil qurumun olmadığı, Avropa və demokratik dəyərlər, azad düşüncə uğrunda mübarizə aparan hər kəsə agent damğası vurulan ölkədə yaşayırıq. Eyni zamanda, Gürcüstana on ildən sonra deyil, bu gün müasir Avropanın bir hissəsi olmaq imkanı verildi.
Nəsillərin uğrunda mübarizə apardığı və övladlarımızın arzuladığı, layiq olduğumuz və müharibənin əvəzini dəfələrlə ödədiyimiz fürsət- bu gün bu fürsət Ukrayna xalqının qəhrəmancasına mübarizəsi nəticəsində yaranıb.
Bu həlledici məqamda ümumi Avropa məqsədi ətrafında birləşmək əvəzinə Bidzina İvanişvili vəkilləri vasitəsilə müzakirələr açdı – biz heç Avropanı istəyirik?! – və əslində o, gürcü xalqının çoxəsrlik seçimindən bizə imtina edir. Sadəcə olaraq, o, nəzarətsiz gücünü məhdudlaşdıracaq Avropa istəmir və gürcü xalqının Avropanın gələcəyi üçün qan tökdüyünü unudur. Bir tərəfdən, “Gürcü Arzusu” deyir ki, bu dövlət Bidzina İvanişvilinin imiş və biz elə hərəkət etməliyik ki, İvanişvilinin pulu qorunsun. Digər tərəfdən, “Milli Hərəkat” bizə deyir ki, bu dövlət Saakaşvilinindir və onun sağlamlığı və rahatlığından başqa heç nə önəmli deyil. Sonda hər iki tərəf Gürcüstanın gələcəyini İvanişvili və ya Saakaşvilinin adı ilə bağlayır”, – Qaxariya deyir.
Onun sözlərinə görə, bu dövlət nə Bidzinadır, nə də Mişa.
“Bu dövlət çoxdan seçim etmiş gürcü xalqına məxsusdur və bu seçim Avropanın gələcəyidir. Biz hamımız sülh istəyirik. Etdiyimiz hər şey sülh naminə edilməlidir. Təbii ki, Gürcüstana müdrik, balanslı və ehtiyatlı xarici siyasət lazımdır. Amma reallıqda “arzu”nun guya “sülhpərvər” və “ehtiyatlı” siyasəti ölkənin gələcəyini böyük təhlükə qarşısında qoyur, bizi Rusiya ilə üz-üzə, həqiqi dostsuz, həssas vəziyyətdə qoyur. Təəssüf ki, bu gün Gürcüstan bir-birindən asılı cəmiyyətə çevrilib. Gənclər ölkədən qaçır. Onlar təkcə ağır iqtisadi vəziyyətə görə deyil, ilk növbədə ümidsizlikdən qaçırlar. Onlar Avropaya, Amerikaya qaçır, orada gələcəklərini görürlər. Onlar getdikcə keçmişə qayıdıb gedən vətənlərində artıq qalmaq istəmirlər.
Bu çağırışlar içərisində Gürcüstana daha çox Avropa gətirmək əvəzinə, ölkə keçmişə doğru irəliləyir. Təəssüf ki, bu mənim məsuliyyətimdir.
Mən də İvanişvilinin hakimiyyətinin güclənməsinə və “arzuya” töhfə vermişəm. Bu mənim səhvim və gürcü xalqına borcumdur. Halbuki, bu gün bəhanələrin deyil, fəaliyyətin vaxtıdır. Nə olur-olsun, nə deyirlər desinlər, məni qınasınlar, tək qalsam belə bu borcumu qaytaracam!
Bu gün bizim tarixi xilas etmək və müasir güclü Avropanın bir hissəsi olmaq şansımız var. Sülh olmadan Avropanın gələcəyi olmadığı kimi, Avropanın gələcəyi olmadan sülh də yoxdur. Gürcü xalqı buna layiqdir!” – Qaxariya bildirib.




