Bölgə xəbərləri

Bugündən mobil telefonların qeydiyyatı sərtləşdirilir

15 fevral / 11:46 1 dəq
Mobile telefon04
15 fevral / 11:46
Burada sizin reklamınız ola bilər

Bu gündən etibarən fiziki şəxslər tərəfindən ölkə ərazisinə şəxsi istifadə məqsədilə gətirilən və gömrük orqanlarında bəyan edilməyən mobil telefonların İMEİ nömrəsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müvafiq mərkəzi tərəfindən qeydiyyata alınmayacaq.

Bununla bağlı artıq Dövlət Gömrük Komitəsinin və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəsmi saytlarında müvafiq bildirişlər göstərilir.

Azərbaycan Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli qərarına əsasən, xaricdən gətirilən mobil telefon cihazları mütləq şəkildə gömrük orqanına bəyan edilməlidir. Lakin, bu günədək müəyyən yayınma halları mövcud idi. Yuxarıda göstərilən tarixdən isə bəyan edilməyən və rüsumu ödənilməyən mobil cihazların ölkə daxilində İMEİ qeydiyyatı həyata keçirilməyəcək.

Paylaş
Burada sizin reklamınız ola bilər