Hadisə

Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 5,8 min nəfəri ötüb

15 fevral / 09:25 1 dəq
32b86aec 0372 3a44 9999 a4d39d45bc86
15 fevral / 09:25
Burada sizin reklamınız ola bilər

Suriyada fevralın 6-da baş vermiş zəlzələ nəticəsində həlak olanların sayı 5,8 min nəfəri ötüb.

“Qərb Xəbər” xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə və Suriyada zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntılara və on minlərlə itkilərə səbəb olub.

Zəlzələ nəticəsində Türkiyədə 35 418 nəfər ölüb, 105 505 nəfər yaralanıb, hazırda 13 208 yaralının müalicəsi xəstəxanalarda davam etdirir. Təbii fəlakət nəticəsində iki ölkədə həlak olanların ümumi sayı 41,2 min nəfəri ötüb.

Zəlzələlər həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Paylaş
Burada sizin reklamınız ola bilər