Bölgə xəbərləri

Azərbaycan Ordusunun hərbçisi həlak olub

10 fevral / 12:50 1 dəq
Mn1
10 fevral / 12:50
Burada sizin reklamınız ola bilər

Azərbaycan Ordusunun hərbi qulluqçusu qar uçqununa düşərək həlak olub.

“Qərb Xəbər” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşım edilib.

Məlumatı Müdafiə Nazirliyindən  təsdiq ediblər.

Qeyd olunub ki, hadisə fevralın 8-də saat 17 radələrində baş verib.

“Xidmət yerini özbaşına tərk edən Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Savalan Hüseyn oğlu qar uçqununa düşərək vəfat edib. Faktla bağlı araşdırma aparılır”.

Qeyd edək ki, Savalan Hüseynov Gədəbəy rayonu, Əlinağılar kənd sakinidir. Hərbçi bu gün dəfn olunacaq. (Apa)

Paylaş
Burada sizin reklamınız ola bilər