Siyasət

İsveçin baş naziri Türkiyə ilə dialoqu bərpa etmək istəyir

25 yanvar / 08:55 1 dəq
89996e79 fb56 31f0 bfdf dbdac03d2f2e
25 yanvar / 08:55
Burada sizin reklamınız ola bilər

İsveçin baş naziri Ulf Kristersson rəsmi Ankara ilə Stokholm arasında pisləşən münasibətlər fonunda Türkiyə ilə dialoqu bərpa etmək istədiyini açıqlayıb.

“Qərb Xəbər” xəbər verir ki, bu barədə baş nazir keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, “milli təhlükəsizlik sahəsində Finlandiya ilə birlikdə NATO-ya ən yaxın zamanda daxil olmaqla bağlı məsələdən daha vacibi yoxdur”.

Xatırladaq ki, Ankaranın tələbi ilə Türkiyə, İsveç və Finlandiya nümayəndələrinin Skandinaviya ölkələrinin NATO-ya üzvlüyü məsələsi ilə bağlı görüşü qeyri-müəyyən müddətə təxirə salınıb.

Paylaş
Burada sizin reklamınız ola bilər