Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Hadisə

“Toppuş bacı” vəfat etdi

23 yanvar / 09:45 2 dəq
63ccf3d6427a663ccf3d6427a7167437615063ccf3d6427a463ccf3d6427a5
23 yanvar / 09:45
Burada sizin reklamınız ola bilər

Azərbaycan Respublikasının Əməkdar artisti, “Toppuş bacı” kimi tanınan Tünzalə Əliyeva uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.

“Qərb Xəbər” xəbər verir ki, bu barədə teatrşünas Anar Bürcəliyev sosial şəbəkədəki hesabında məlumat verib.

O bildirib ki, T.Əliyeva bu gün 49 yaşında dünyadan köçüb.

Qeyd edək ki, Tünzalə Əliyeva 1973-cü ilin 15 fevralında Gəncə şəhərində anadan olub.

1990-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Dram və kino aktyorluğu” fakültəsinə qəbul olub. Ali məktəbi başa vurandan sonra bir müddət özəl teatrlarda çalışıb. Gəncə Televiziyasında, sonra Kukla Teatrında, daha sonra isə Gəncə Dövlət Dram Teatrında fəaliyyət göstərib.

Aktrisa bir müddət Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında da fəaliyyət göstərib.

Gəncə-Kəpəz Müstəqil Şirkət telekanalında işlədiyi müddətdə “İzinlə”, “Vətənim” və “Gülüş qatarı” verilişlərinin aparıcısı olub.

Aktrisa daha çox verilişlərin birində canlandırdığı “Toppuş bacı” obrazı ilə tanınıb.

Tünzalə Əliyeva uzun müddətdir, onkoloji xəstəlikdən əziyyət çəkirdi.

Allah rəhmət eləsin!

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı