15 erməni əsgər Azərbaycanla sərhəddə yandı
Bu gecə, saat 01:30 radələrində Ermənistanın Göyçə mahalının Azad kəndi yaxınlığında yerləşən hərbi hissələrindən birində yanğın baş verib.
“Qərb Xəbər” bildirir ki, hadisə nəticədə 15 əsgər ölüb, 3-ü yanıq xəsarətləri alıb.
Yanğının Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin Azad kəndi ərazisində yerləşən mühəndis-istehkamçı rotasının sığınacağında olduğu bildirilir.
Yanğın baş verən hərbi hissə Azərbaycan sərhədinə yaxın ərazidə yerləşir.
Yanğının hansı səbəbdən baş verdiyi haqda heç bir məlumat yoxdur.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı