Ağstafada üç nəfər dəm qazından zəhərlənib
Ağstafada zəhərlənmə faktı qeydə alınıb.
“Qərb Xəbər” bildirir ki, rayonun Böyük Kəsik kənd sakinləri – 1987-ci il təvəllüdlü Hava Əliyeva, 1958-ci il təvəllüdlü Aybəniz Osmanova və 2001-ci il təvəllüdlü Yuxarı Göycəli kənd sakini Tahminə Hüseynova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir.
Məlumata görə hər üç şəxs yaşadığı evdə dəm qazında zəhərlənib.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı