Bölgə xəbərləri

Prezident: Azərbaycanla Serbiyanın nəqliyyat-logistika sahəsində böyük potensialı var

21 dekabr / 16:54 1 dəq
63a2f9e869dfe63a2f9e869dff167162519263a2f9e869dfc63a2f9e869dfd
21 dekabr / 16:54
Burada sizin reklamınız ola bilər

“Belə gözəl strateji tərəfdaşlıq münasibətlərindən və eyni zamanda, şəxsi dostluq münasibətlərimizdən istifadə edərək, əlbəttə, biz ümid edirik ki, bütün sahələrdə bunun nəticəsi olacaq, ilk növbədə, ticarət sahəsində”.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Serbiya lideri Aleksandar Vuçiçlə mətbuata birgə bəyanatında bildirib.

“Əminəm ki, əldə edilmiş razılaşmaların icrası nəticəsində ticarət dövriyyəsi artacaq, hələ ki, o, istənilən səviyyədə deyil. Nəqliyyat-logistika sahəsində böyük potensial var. Xüsusilə nəzərə alsaq ki, Azərbaycan və Serbiya ərazilərindən beynəlxalq nəqliyyat dəhlizləri keçir, burada da uzlaşma və bağlantının yaradılması üçün bizim müvafiq qurumlar fəal işləməlidir. Aidiyyəti qurumlar arasında təmaslar artıq yaranıbdır”, – Azərbaycan Prezidenti vurğulayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər