Bölgə xəbərləri

Şəmkirdə 6-cı sinif şagirdi olan qız qəfil vəfat edib

19 dekabr / 13:04 2 dəq
WhatsApp Image 2022 12 19 at 10.31.52 900x506 (1)
19 dekabr / 13:04
Burada sizin reklamınız ola bilər

Şəmkir şəhər M.Füzuli adına tam orta məktəb-liseyin şagirdi qəfil dünyasını dəyişib.

“Qərb Xəbər” “Globalinfo.az”a istinadən bildirir ki, liseyin 6-cı sinfində oxuyan Nəcəfli Nuray Pərviz qızı qəfil yaranmış nəfəs darlığı səbəbi ilə həyatını itirib. Bu haqda liseyin feysbuk səhifəsində məlumat verilib.

Məlumatda bunlar yazılıb:

“Bu gün acı bir xəbər bütün kollektivimizi sarsıtdı. Məktəbimizin 6ç sinif şagirdi Nəcəfli Nuray Pərviz qızının vaxtsız vəfatı hamımızı dərin kədərə boğdu. Məktəbimizin mehriban, sevimli şagirdlərindən biri olan Nuray sinfin nümunəvi, eyni zamanda savadlı şagirdlərindən biri idi. O həm müəllimləri, həm də sinif yoldaşları tərəfindən çox sevilirdi.

Məktəbin müəllim və şagird kollektivi adından Nurayın ailəsinə, qohumlarına, yaxınlarına dərin hüznlə başsağlığı verir, Allahdan səbir diləyirik.

Nuray daim qəlbimizdə yaşayacaqdır.

Allah rəhmət eləsin!”.

Paylaş
Burada sizin reklamınız ola bilər