Bölgə xəbərləri

ABŞ İran PUA-larının alınmasında iştirak edən Rusiya qurumlarına sanksiyalar tətbiq etdi

11 dekabr / 01:15 1 dəq
FotoJet 2022 12 10T105710.840
11 dekabr / 01:15
Burada sizin reklamınız ola bilər

ABŞ hökuməti İran istehsalı olan PUA-ların alınmasında iştirak edən Rusiya qurumlarına qarşı sanksiyalar tətbiq edib.

Xüsusilə Rusiya Federasiyasının Aerokosmik Qüvvələri və 924-cü Dövlət Pilotsuz Aviasiya Mərkəzi sanksiyalara məruz qalıblar.

Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə bildirib. Ümumilikdə üç Rusiya qurumuna sanksiya tətbiq edilib.

Kirbi sanksiyalara məruz qalan üçüncü təşkilatın adını açıqlamayıb.

Bundan əlavə, Kirbinin sözlərinə görə, ABŞ müttəfiqləri ilə Rusiya və İranın müdafiəsi sahəsində tərəfdaşlığı müzakirə etmək niyyətindədir.

Mənbə: Obozrevatel

Paylaş
Burada sizin reklamınız ola bilər