Qarla bəzənmiş Tovuzun dağ kəndləri
Tovuz ağ örpəyə bürünüb. Mövsümün ilk qarı rayon sakinlərinin, xüsusilə də uşaqların sevincinə səbəb olub.
“Qərb Xəbər” bildirir ki, qarın qalınlığı aran ərazilərdə 10-12 santimetr, dağlıq hissədə isə 15-20 santimetr təşkil edir.
Yollarda buzluluq müşahidə olunmur. Lakin bəzi ərazilərdə gecə saatlarında şaxta olacağı ehtimalı var.
Qeyd edək ki, dekabrın 3-dən başlayaraq Azərbaycanın Qərb bölgəsində yağıntılı hava şəraiti müşahidə olunur.
AZƏRTAC





