Tovuzda 44 günlük Vətən müharibəsinə həsr olunan intellektual turnir keçirilib.

 

“Qərb Xəbər” bildirir ki, 8 Noyabr – Zəfər Gününə həsr olunan intellektual turnirdə 20-dən çox idarə, müəssisə və təşkilatın komandaları iştirak edib.

Oyun iştirakçıları 44 günlük Vətən müharibəsi, Milli qəhrəmanlar, yerli silahlar və Qarabağ tarixinə aid mövzuları əhatə edən sualları cavablandırmağa çalışıblar. “Zəfər kuboku” layihəsi çərçivəsində “Nə? Harada? Nə zaman?” formatında təşkil edilən yarışda ümumilikdə iştirakçılara 24 sual təqdim edilib.

Gərgin mübarizə şəraitində keçən yarışın sonunda Dövlət Aqrar İnkişaf Mərkəzinin komandası birinci, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Tovuz şöbəsinin “Vətən komandası” ikinci, “İcra nümayəndəlikləri komandası” isə üçüncü yeri tutub.

Turnirin qaliblərinə kubok, medallar və hədiyyələr təqdim olunub.