Bu il Tovuzda 14 hektar üzüm bağı salınıb
Hazırda Tovuzda üzüm yığımı davam edir. Tovuzda 822,4 hektar üzüm bağı mövcuddur ki, onun da 14 hektarı bu il salınmışdır.
“Qərb Xəbər” məlumat verir ki, təsərrüfat sahibləri yeni bağlar salarkən süfrə sortuna daha çox üstünlük verirlər. Bunun əsas səbəbi süfrə sortlarından daha çox qazanc götürülməsidir.
Əlavə edək ki, üzüm bağlarının 680,4 hektarında süfrə sortları yetişdirilir. “Qara Moldova”, “Red-Qlobe”, “Bolqar”, “Rakasteli”, “Tayfu”, “Viktoriya”, “Kardinal” və “Təbriz” sortlarını bu gün alıcılar həvəslə alırlar.
Hazırda rayonda yerli şəraitə uyğun üzüm sortları tinglərinin yetişdirilməsi, beton dayaqların istehsalının artırılması, bağların suvarma suyu ilə təminatının yaxşılaşdırılması ilə bağlı kompleks tədbirlər həyata keçirilir.





