Bölgə xəbərləri

Qazax Regional İnkişaf Resursları İctimai Birliyi Tovuzda icma fəallarına təlim keçirib 

1 noyabr / 16:13 2 dəq
8462265f adc5 49c4 a368 bcc33c5bff0c
1 noyabr / 16:13
Burada sizin reklamınız ola bilər

Qazax Regional İnkişaf Resursları İctimai Birliyi , Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qazax, Ağstafa və Tovuz rayonlarının kənd icmalarının problemlərinin həllinə dəstək üçün yerli hakimiyyət, vətəndaş cəmiyyəti və medianın səfərbər olunması” layihəsi çərçivəsində 25-26 oktyabr 2022-ci il tarixində Tovuz rayonunda icma fəallarına təlim keçirib. 

“Qərb Xəbər” məlumat verir ki, 25 oktyabrda Cəlilli, 26 oktyabrda isə Abulbəyli icmasında keçirilən təlimlərin hər birində 15 nəfər icma fəalı iştirak edib. Tədbirləri giriş sözü ilə açan Qazax Regional İnkişaf Resursları İctimai Birliyinin sədri Məhərrəm Göyüşoğlu Layihə və QHT-lərə Dövlət Dəstəyi Agentliyi barədə ətraflı məlumat verərək icma təşkilatlanmasının vacibliyini vurğuladı.

Daha sonra təlimçi Fuad Bədəlov və ekspert Rafiq Muradov iştirakçılara icmaların yaranması, srtukturu, fəaliyyət sahələri. icmaların problem ətrafında təşkilatlanması və yerli problemlərin həlli üçün icma, yerli hakimiyyət, bələdiyyə və vətəndaş cəmiyyəti təşkilatlarının uğurlu işbirliyi nümunələrindən danışıb, ətraflı məlumat veriblər. 

Təlimlərin sonunda icma üzvləri icmanın əsas problemlərini müəyyənləşdirib və həlli yolları barədə qrup işi həyata keçiriblər.

 

Paylaş
Burada sizin reklamınız ola bilər