Şəmkirdə iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Qərb Xəbər” “APA”ya itinadən bildirir ki, hadisə rayonun Sərxan kəndində qeydə alınıb.
Hərəkətdə olan “Mercedes” markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb.
Qəza zamanı xəsarət alan 2 nəfər xəstəxanaya yerləşdirilib.
Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.