Şəmkir gəncləri “Start IT” layihəsi çərçivəsində təlimdə iştirak ediblər.
“Qərb Xəbər” bildirir ki, təlim çərçivəsində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şəmkir nümayəndəliyinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Fəridə Fətullayeva gənclərə “Canva” proqramı vasitəsilə təqdimat hazırlamağı öyrədib. Sonda gənclərin sualları cavablandırılıb.
Siz də bizə üzv olaraq bu və digər fəaliyyətlərdən yararlana bilərsiniz. Təlim Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şəmkir nümayəndəliyinin və Şəmkir Gənclər Evi Sosial Xidmət Müəssisəsinin təşkilatçılığı ilə keçirilib.