Tovuzda yolların asfaltlanması işləri davam etdirilir
Tovuz rayonunda küçələrin asfaltlanma işləri davam etdirilir.
“Qərb Xəbər” məlumat verir ki, yolların əsaslı təmir olunması proqramına uyğun olaraq bir çox küçələrə asfalt örtük salınaraq abadlıq işləri görülür.
Hazırda Tovuz şəhərinin Möhsün Axundov, Qasım Rzayev, Firuddin Əliyev, Hamlet Həsənov, Yusif Sadıqov, Məmməd Məmmədov, şəhər qəbristanlığının daxili küçəsi və Həzi Aslanov, Rövşən Məmmədov, Əhməd Cavad, İstiqlal küçələrinin dalanlarının asfaltlanması işləri həyata keçirilir.




