Qazaxda “İctimai vəkillik” mövzusunda təlimlər davam edir
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Kənd icmalarında ictimai iştirakçılığın inkişafı” layihəsi çərçivəsində “İctimai vəkillik” mövzusunda təlimlər davam edir.
“Qərb Xəbər” bildirir ki, Qazax Rayon Təhsil Şöbəsinin tərəfdaşlığı ilə keçirilən təlimlərin üçüncüsü 14.10.2022-ci il tarixində Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbindı baş tutub.
İnnovativ Vətəndaş Təşəbbüsləri İctimai birliyinin təşkil etdiyi təlim kursunda 15 kənd sakini iştirak edib.
Layihənin məqsədi ictimai iştirakçılığın artırılması ilə ölkənin siyasi, sosial-iqtisadi həyatının inkişafına, dövlətçiliyin möhkəmləndirilməsinə və dövlət orqanlarının işinin effektiv həyata keçirilməsinə dəstək olmaqdır.
Qeyd edək ki, Qazax rayonunun daha 3 kəndində “İctimai vəkillik” mövzusunda təlimlər təşkil ediləcək.





