Ağstafa

Ağstafada sağ sahil kanalının təmir işləri davam etdirilir

10 oktyabr / 12:14 1 dəq
93ec089f5e1112fd9866d7840c7b78a8
10 oktyabr / 12:14
Burada sizin reklamınız ola bilər

Ağstafada əkin sahələrinin suvarılması işlərinin yaxşlaşdırılması isqtiqəmətində müvafiq tədbirlərin icrası davam etdirilir.

“Qərb Xəbər” bildirir ki, Hazırda Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sifarişi əsasında mənbəyini Ağstafaçay su anbarından götürən sağ sahil kanalının uzunluğu 14,4 km olan hissəsində təmir işləri gedir.

Belə ki, sözügedən “Poylu arxı” suvarma kanalı Poylu qəsəbə, Dağ Kəsəmən, Poylu və Xətai kəndləri olmaqla ümumilikdə min hektara yaxın ərazinin suvarılmasına xidmət göstərir.

Paylaş
Burada sizin reklamınız ola bilər